"Turan Tovuz" - "Qarabağ" matçında bərabərlik, "Araz-Naxçıvan" "Neftçi"ni məğlub etdi Yenilənib

Bu gün Misli Premyer Liqasında 12-ci tura start verilib.

Newsport.az xəbər verir ki, ilk gündə 2 matç keçirilib. Əvvəlcə "Turan Tovuz" öz meydanında son çempion "Qarabağ"la qarşılaşıb. Görüş 0:0 hesablı heç-heçə ilə bitib. 

Günün 2-ci görüşündə isə 3-cü yerdəki "Araz-Naxçıvan" səfərdə 8-ci pillədəki "Neftçi" ilə üz-üzə gəlib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, "Neftçi" turnir cədvəlində 9 xalla 8-ci, "Araz-Naxçıvan" isə 24 xalla 3-cü yerdədir. 

Qeyd edək ki, 12-ci turun digər görüşləri 2 və 3 noyabr tarixlərində keçiriləcək.

1 noyabr

20:30. “Neftçi” – “Araz-Naxçıvan” - 0:1 

Qol: Felipe Santos, 30

Qırmızı vərəqə: Turan Vəlizadə (“Araz-Naxçıvan”)

Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov

"Neftçi Arena"

18:30. “Turan Tovuz” – “Qarabağ” - 0:0

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev

Tovuz şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right