"İstefa qərarımı dəyişdiyimə görə peşmanam"- Samir Əliyev

Azərbaycan Premyer Liqasının 12-ci turunda evdə "Rəvan"a 2:3 hesabıyla məğlub olan "Neftçi"nin baş məşqçisi Samir Əliyev oyunla bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, Əliyev bunları deyib:

- Belə oyunlardan sonra danışmaq çox çətindi. Məncə, məğlubiyyətə əsas səbəb rəqibi dəyərləndirməməyimiz oldu. Bizim heyətlə bağlı çatışmamazlıqlarımız var. Ancaq bugünkü rəqibimizin heyəti bizdən də zəif idi.

- Bir müddət öncə uğursuz nəticələrə görə istefa vermişdiz. Ancaq rəhbərlik istefanızı qəbul etmədi. Buna görə peşmansız?
- Bu gün sonuncu yerdə qərarlaşmış komandaya məğlub olduq. Bu nəticədən sonra qərarımı dəyişdiyimə görə peşman oldum.

- Bu oyundan sonra demək olar ki, "Neftçi" artıq Avroliqaya vəsiqə yox, Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq?
- Deməzdim ki, aşağı liqaya düşməmək üçün mübarizə aparacağıq. Ancaq belə oyunla Avropa Liqasına vəsiqə xəyal olaraq qalacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right