Mahir "Nürnberq"in heyətində üçüncü qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli formasını geyindiyi Almaniyanın "Nürnberq" komandasının heyətində 3-cü qolunu vurub.

Newsport.az xəbər verir ki, 27 yaşlı forvard ölkə kubokunun 1/16 final mərhələsinin "Hoffenhaym"la görüşündə fərqlənib.

82 dəqiqə meydanda olan hücumçu ikinci hissədə əsas Bundesliqa təmsilçisinin qapısına yol tapsa da, mərhələni adlayan "Hoffenhaym" olub. Onun komandası 1:2 uduzub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right