Portuqaliya millisinin baş məşqçisi: "Azərbaycan inkişafın ilkin mərhələsindədi"

Portuqaliyanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Fransisko Neto AVRO-2022-nin seçmə mərhələsinin 1-ci mərhələsinin cavab oyununda Azərbaycan yığması üzərində Vizelada qazandıqları qələbəni (4:0, ilk oyun - 4:1) şərh edib.

Newsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis millimizi məğlub etməkləri haqda bunları deyib:

“Azərbaycanla oyuna çox ciddi yanaşırdıq. Qadın futbolu hər yerdə sürətlə inkişaf edir. A və B liqalarının komandaları səviyyə baxımından bir-birinə yaxınlaşır. Söhbət 30 komandadan gedir. Qalan 20 ölkə, məsələn, Azərbaycan hələ inkişafın ilkin mərhələsindədir. Matça ciddi yanaşdığımız üçün oyun asan görünə bilərdi”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right