“Neftçi”dən ayrılan Qara Qarayev özünə yeni klub tapıb.
Newsport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi “Araz-Naxçıvan”la anlaşıb.
Futbolçu özü saytımıza açıqlamasında məlumatı təsdiq edib. O bildirib ki, artıq Naxçıvan klubunun düşərgəsindədir.
Qeyd edək ki, Qara Qarayevin son klubu “Neftçi” olub.