"Sabah"ın futbolçusu İvan Lepinitsa əməliyyat olunub.
Klubdan Newsport.az-a verilən məlumata görə, yarımmüdafiəçi Xorvatiyanın Zaqreb şəhərində yerləşən klinikalardan birində çiyin oynağının bankart lezionu və çiyin bağlarının yırtığı əməliyyatı keçirib.
Əməliyyat uğurla başa çatıb.