Portuqaliya millisinin üzvü: "Bakıda baş məşqçinin istədiyi hər şeyi etdik"

Qadın futbolu üzrə Portuqaliya milli komandasının müdafiəçisi Diana Qomes AVRO-2025-in seçmə mərhələsinin 1-ci raundunun Azərbaycan yığmasına qarşı Vizelada keçirəcəkləri cavab oyunu (ilk oyun – 4:1) haqda fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, portuqaliyalı futbolçu Bakıdakı 4:1 hesablı qələbəni də xatırlayıb:

“Bakıdakı matçda baş məşqçinin bizdən istədiyi hər şeyi etdik. Səfərdə yaxşı nəticə qazandıq. Bununla belə, Azərbaycanı evdə öz azarkeşlərimiz önündə cavab oyununda qiymətləndirməmək olmaz. Məqsədimiz Avropa çempionatına çıxmaqdır”.

Portuqaliya - Azərbaycan oyunu oktyabrın 29-da Vizela stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right