Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start veriləcək.
Newsport.az-ın məlumatına görə,ilk oyun günündə bir görüş keçiriləcək. “Turan Tovuz” doğma meydanda II Liqa təmsilçisi “Hypers Quba” ilə üz-üzə gələcək.
Qarşılaşma Tovuz şəhər stadionunda, saat 20:00-da başlayacaq. Matçı Əkbər Əhmədovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Cütün qalibi 1/8 finalda “Sabah”a rəqib olacaq.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
20:00. “Turan Tovuz” – “Hypers Guba” 7:2 (İkinci hissə)
Qollar: Ramil Əhmədov, 13 (avtoqol), Ayxan Quseynov, 16, 25, Aleks Souza, 38, 39, Sadiq Quliyev, 56, Nahid Əliyev, 60 - İlqar Ələkbərov, 64, 68
Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu.
Qeyd edək ki, II təsnifat mərhələsinin digər görüşləri oktyabrın 29-31-də gerçəkləşəcək.