Bu gün Azərbaycan Premyer Liqasında 12-ci turun növbəti oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə də iki görüş baş tutacaq.
Öncə "Xəzər Lənkəran" doğma meydanda son çempion və lider "Qarabağ"ı qəbul edəcək.
Günün digər oyununda isə "Neftçi" paytaxt derbisində "Rəvan"la münasibətlərinə aydınlıq gətirəcək.
Azərbaycan Premyer Liqası
12-ci tur
8 noyabr (bazar)
16:00. “Xəzər Lənkəran” - “Qarabağ” 0-1
Qol:Əfran İsmayılov, 33
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Azər Əsgərov, Ramil Əhmədov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
18:00. “Neftçi” - “Rəvan” 2-3
Qollar: Ruslan Qurbanov, 42 (1:0), Nicat Muxtarov, 47 (1:1), Yamin Ağakərimzadə, 50 (1:2), Ruslan Tağızadə, 66 (1:3), Ruslan Qurbanov, 90 (2:3)
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Mehman Mahmudov, Orxan Məmmədov.
Bakı. “Bakcell Arena".