Misli Premyer Liqasında 11-ci turun oyunları davam edir.
Newsport.az xəbər verir ki, bu gün daha 2 matç oynanılıb.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan”la “Zirə” ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Daha sonra “Səbail” öz meydanında “Sumqayıt”ı qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, “Sumqayıt” 7 tur davam edən qələbəsizlik seriyasına son qoydu.
Qeyd edək ki, Sumqayıt təmsilçisi turnir cədvəlində 10 xalla 7-ci, "Səbail" isə 7 xalla 9-cu yerdədir.
Misli Premyer Liqası
XI tur
26 oktyabr
18:30. “Səbail” - “Sumqayıt” - 0:1
Qol: Silvanus Nimeli, 51
Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, Elvin Bayramov
“ASCO Arena”
16:00. “Araz-Naxçıvan” - “Zirə” - 1:1
Qollar: Georgi Papunaşvili, 31 (0:1), Felipe Santos, 89 - pen. (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov
“Liv Bona Dea Arena”