İngiltərə milli komandasının baş məşqçi postundan ayrılan Qaret Sautqeyt Premyer Liqada işləyə bilər.
Newsport.az-ın məlumatına görə, "Kristal Pelas" ingilis mütəxəssisə təklif göndərib.
Hazırda tərəflər arasında danışıqlar gedir və Sautqeytin böyük ehtimalla təklifə razılıq verəcəyi gözlənilir.
Xatırladaq ki, Qaret Sautqeyt 2016-cı ildən İngiltərə millisinə rəhbərlik edirdi. Bu yay isə o, postundan ayrılıb.