“Ayaks”ın futbolçusu: “Qarabağ” güclü olsa da...

“Qarabağ”la oyun bizim üçün asan alınmadı”.

Newsport.az xəbər verir ki, bunu “Ayaks”ın müdafiəçisi Daniele Ruqani Avropa Liqasının III turunda “Qarabağ”la keçirilən oyun barədə danışarkən deyib.

30 yaşlı futbolçu nəticədən razılıq bildirib: “Rəqib güclü olsa da, meydanda öhdəmişə düşəni yerinə yetirdik. Bu da bizi qələbəyə daşıdı. Bu səbəbdən nəticədən məmnunam”

Zədədən sonra ilk dəfə start heyətində meydana çıxan Ruqani öz çıxışına da münasibət bildirib: “Uzun müddət idi ilk “11-lik”də çıxış etmirdim. Məşqlərdə öz üzərimdə çox çalışıram və gün keçdikcə özümü daha yaxşı hiss edirəm. Yenidən mövqeyimi qaytaracağıma inanıram”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “Ayaks” “Qarabağ”ı 3:0 hesabı ilə məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right