Futbol üzrə Azərbaycan 2-ci Liqasında 8-ci tura yekun vurulub.
Newsport.az xəbər verir ki bu gün turun mərkəzi matçında "Haypers Quba" doğma meydanda "Şahdağ Qusar"ı qəbul edib. Şimal derbisi qusarlıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
8 turdan sonra 24 xal toplayan "Şahdağ Qusar" liderliyini davam etdirir. 18 xalı olan "Haypers Quba" isə 3-cü yerdədir.