Futbol üzrə Azərbaycan 1-ci Liqasında 6-cı turun görüşləri keçirilir.
Newsport.az xəbər verir ki, bu gün lider "Karvan" səfərdə MOİK-in qonağı olub. Gərgin keçən qarşılaşma Yevlax təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 18-ə yüksəldən "Karvan" liderliyini davam etdirir. 5 xalı olan MOİK isə 6-cı yerdədir.