“Nəsə başqa şeylər danışacağımdan qorxuram” - Samir Abasov

Azərbaycan Premyer Liqasının XII turunda "Sumqayıt” "Zirə”nin qonağı olub. Qarşılaşma "Zirə”nin 3-2 hesablı qələbəsi ilə başa çatıb.

Newsport.az-ın məlumatına görə"Sumqayıt”ın baş məşqçisi Samir Abasov məğlubiyyəti belə şərh edib:
"Çox gərgin oyun alındı, qarışıq hisslərim var,  nəsə başqa şeylər danışacağımdan qorxuram. 5 qolun vurulduğu oyunda məğlub olduq. Açığı, bu oyunda qalib gəlməyi çox istəyirdim. "Zirə” "Sumqayıt”ın dişinə görə komandadır. Oyunun hakimliyi ilə bağlı heç bir narazılığım yoxdur. Çox yaxşı hakimlik oldu, briqadadan razıyam. Hazırkı vəziyyətimin səbəbi məğlubiyyətdir. Biz hələ dominantlıq etməyə hazır deyilik. Bunun nəticəsidir ki, komandamın qapısı qarşısında çoxsaylı qol epizodları  yaratdılar. Səhvlərimizin sayı çox oldu.”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right