Azərbaycan Premyer Liqasının XII turunda "Kəpəz” AZAL-ın qonağı olub. Qarşılaşma 1-1 hesablı bərabərliklə başa çatıb. "Kəpəz”in futbolçusu Julien Ebahın 82-ci dəqiqəsində vurduğu qola AZAL 88-ci dəqiqədə Tagim Novruzovla cavab verib.
Newsport.az-ın məlumatına görə,qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunu belə şərh edib:
"Oyuna görə komandama hər hansı bir etirazım yoxdur. Futbolçularım ikinci hissədə üstün oynadılar. Komandamın oyunu ilə fəxr edirəm. "Kəpəz” bu tur ən yaxşı ikinci hissəsini sərgilədi. İlk hissədən belə oynamalı idilər. Qarşıda hələ çox oyun var, gələcəyə nikbin baxıram”.