“Sabah”ın U-19 komandası ilk avrokubok matçına çıxacaq

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında ilk matçına çıxacaq.

Newsport.az xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv İsveçrənin “Bazel” klubu ilə qarşılaşacaq.

Bazel şəhərindəki “St. Yakob Park” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında noyabrın 6-da Bakıda baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.

UEFA Gənclər Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
23 oktyabr

21:00. “Bazel” (İsveçrə) – “Sabah”
Baş hakim: Patrik Kolariç (Xorvatiya).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right