Azərbaycanın FİFA referisi “Şaxtyor”un oyununda

Azərbaycanın FİFA referisi Kamal Umudlu yeni təyinat alıb. Newsport.az xəbər verir ki, o, UEFA Gənclər Liqasında Ukraynanın “Şaxtyor” klubunun İsveçrənin “Yanq Boys” komandasına qarşı keçirəcəyi oyunu  idarə edəcək.

Umudluya Namik Hüseynov və Vüsal Məmmədov yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə yerli referi Patrik Şvenqers icra edəcək.

Qeyd edək ki, noyabrın 6-da Almaniyanın Helzenkirhen şəhərində keçiriləcək görüş saat 15:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right