21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü və AZAL-ın kapitanı Seymur Əsədov Türkiyədə əməliyyat olunub.
Newsport.az saytının məlumatına görə,Azərbaycan Premyer Liqasının VI turunda zədə alan və tibbi müayinədən keçdikdən sonra diz bağlarında qopma aşkarlanan gənc kapitan Ankaranın "Acıbadem” xəstəxanasında əməliyyat olunub.
Əməliyyatı ilə bağlı saytımıza açıqlama verən gənc futbolçu durumunun yaxşı olduğunu bildirib: "Həkimlərin bildirdiyinə görə, əməliyyatım yaxşı keçib. Bir neçə gün Türkiyədə qalıb, müaalicə kursu keçəcəyəm. 2 gün sonra Bakıya qayıdacağam.”
Qeyd edək ki, Əsədov mövsümün sonunadək yaşıl meydanlardan kənarda qalacaq.