UEFA-dan "Qarabağ" paylaşımı: "Juninyo sehri"

UEFA Avropa Liqasının rəsmi İnstaqram səhifəsi “Qarabağ”ın hücumçusu Olavio Juninyo ilə bağlı paylaşım edib. 

Newsport.az xəbər verir ki, paylaşılan videoda braziliyalı hücumçunun bu ilin mart ayında Avropa Liqasının 1/8 finalında Bakıda “Bayer”lə (Almaniya) keçirilən görüşdə (2:2) vurduğu qol əks olunub.

Videoya "Qüsursuz səviyyə” başlığı verilib.

Juninyonun qolunu videonun 6.35-ci dəqiqəsindən izləyə bilərsiniz.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right