I Liqasda 5-ci turun oyunları davam edir.
Newsport.az xəbər verir ki, bu gün tur çərçivəsində daha 2 görüş baş tutub.
"Cəbrayıl" MOİK-lə qarşılaşıb. Oyun “hərbçilər”in 1:0 hesablı qələbəsi ilə nəticələnib. "Zaqatala" isə "Bakı Sportinq" üzərində 2:0 hesablı qələbəyə sevinib.
Tura sabah oynanılacaq “Qəbələ” - “Difai” matçı ilə yekun vurulacaq.
1-ci liqa, 5-ci tur
18 oktyabr (cümə)
“Cəbrayıl” – MOİK - 0:1
Qol: X.Sadıxov, 7
“ASCO Arena”
“Zaqatala” – “Bakı Sportinq” - 2:0
Qollar: J.Assumu, 61, R.İsmayılov, 90
Zaqatala OİK stadionu