Bu gün Azərbaycan 2-ci liqasında 7-ci turun 2 matçı keçiriləcək.
Newsport.az xəbər verir ki, əvvəlcə "Dinamo" "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Günün 2-ci görüşündə isə "Göygöl" "Füzuli"ni qəbul edəcək.
Əlavə edək ki, sabah 5-ci turun “Ağdaş” – “Haypers Quba” oyunu keçiriləcək.
Qeyd edək ki, bu turun ötən gün oynanılmalı olan 1 matçı - “Şəfa” – “Lerik” qarşılaşması təxirə salınıb.
2-ci liqa, 7-ci tur
18 oktyabr (cümə)
13:30. “Dinamo” – “Saatlı-Araz”
“Neftçi Futbol Mərkəzi”
15:00. “Göygöl” – “Füzuli”
Göygöl OİK stadionu,
19 oktyabr (şənbə)
14:30. “Ağdaş” – “Haypers Quba”
Ağdaş şəhər stadionu
17 oktyabr (cümə axşamı)
“Şahdağ Qusar” – “Şəki Siti” - 5:0
“Şəfa” – “Lerik” (Təxirə salınıb)
“Qusar” – “Şəmkir” - 0:6
“Kür-Araz” – “Şimal” - 0:2