Dadaşovun qiyməti 1,7 milyon avroya düşdü

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun dəyəri düşüb.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TFF I Liqada çıxış edən oyunçuların transfer dəyərini araşdıran bir şirkət Dadaşovda 100 min avroluq eniş müşahidə edib.

Hücumçumuz hazırda 1,7 milyon avroluq qiymətlə Türkiyə I Liqasının ən dəyərli ikinci futbolçusudur. O, yalnız 1,8 milyonluq dəyəri olan komanda yoldaşı Efkan Bekiroğludan geri qalır.

Qeyd edək ki, “Ankaragücü” 8 turdan sonra 10 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right