Azərbaycanda futbol klubu fəaliyyətini dayandıra bilər Bakıya gələ bilmədilər

Azərbaycan II Liqasının 7-ci turunun bir oyunu baş tutmayıb.

Newsport.az xəbər verir ki, “Lerik” “Şəfa” ilə matç üçün Bakıya gələ bilməyib. Buna görə də həmin matç keçirilməyib.

Lerik şəhərinin eyniadlı klubu maliyyə problemləri yaşadığı üçün və əlavə maliyyə dəstəyi almadığı təqdirdə cari mövsümdə fəaliyyətini dayandırmaq riski ilə üzləşib.

Əlavə edək ki, VI turdan sonra “Lerik” 7 xalla 9-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right