Avropa Liqasının III turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununun biletləri oktyabrın bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.
Newsport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdı.
Satış məntəqələri iTicket.az-ın satış məntəqələri, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarıdı.
Qeyd edək ki, “Qarabağ” – “Ayaks” matçı oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.