Azərbaycan I Liqasında 5-ci tur start götürüb. Newsport.az xəbər verir ki, lider "Karvan" doğma meydanda "İmişli"ni qəbul edib.
Maraqlı və dramatik alınan qarşılaşmada Yevlax təmsilçisi rəqibini 3:2 hesablı məğlubiyyətə uğradıb. Bununla da “Karvan” xallarının sayını 15-ə çatdırıb.
Digər görüşdə isə "Qaradağ Lökbatan" "Mingəçevir"i qəbul edib. Oyun qolsuz bərabərliklə nəticələnib.
I Liqa
V tur
16 oktyabr
"Karvan" - "İmişli" 3:2
Qollar: B.Teymurov, 1, M.Ələkbərov, 80, R.Hüseynov, 89 - E.Rəhimzadə, 46, P.Alves, 68
Qırmızı vərəqə: İ.İnqilablı, 90
"Qaradağ Lökbatan" - "Mingəçevir" 0:0