Meza Kolli yenidən Azərbaycanda

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Klubdan Newsport.az-a verilən məlumata görə, əyalət təmsilçisi Sezar Meza Kolli ilə anlaşıb.

Azad agent statusuna malik 33 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Paraqvaylı mərkəz yarımmüdafiəçi peşəkar karyerasında müxtəlif illərdə İtaliyanın “Çesena” və “Pavia”, İspaniyanın “Alaves”, ölkəmizdə “İnter” “Keşlə”, “Şamaxı”, “Neftçi” və “Zirə” klublarının heyətində çıxış edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right