“Bu tempdə də davam edəcəyik" David Duriş

Slovakiya yığmasının futbolçusu David Duriş açıqlama verib. Newsport.az xəbər verir ki, o, Millətlər Liqasında Azərbaycana 3:1 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirib.

Millimizlə görüşdə qol vuran Duriş bunları deyib: “Meydana sonradan daxil olsam da, fərqlənə bildim. Komandaya qol vurmaqla kömək edə bildiyim üçün çox şadam. İdeal ötürmə üçün komanda yoldaşım Luba Tuptaya təşəkkür edirəm”.

Duriş qeyd edib ki, onları yalnız növbəti matç maraqlandırır: “Hər dəfə ancaq qarşıdakı oyun haqda düşünürük. Hər rəqibə mümkün qədər yaxşı hazırlaşırıq. Bu tempdə də yolumuza davam edəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right