Millimiz ev oyununu Qəbələdə keçirəcək

Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turunun Estoniya ilə matçını bölgədə keçirəcək.

Newsport.az xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq. Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.

Azərbaycan - Estoniya matçı 16 noyabr tarixində saat 18:00-da start götürəcək.

Qeyd edək ki, noyabr ayında Bakıda COP29 samniti keçiriləcək. Buna görə də millinin oyunu Qəbələdə təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right