"Araz-Naxçıvan" "Şamaxı" ilə matçda itkilərlə hazırlaşır

"Araz-Naxçıvan" bir günlük istirahətin ardından məşqlərini bu gün bərpa edib.

Newsport.az xəbər verir ki, əvvəlcə bu gün doğum gününü qeyd edən Urfan Abbasova kollektiv adından təbriklər çatdırılıb, klubun icraçı-direktoru Eldəniz Yusubov tərəfinən üzərinə “300” yazılmış forma hədiyyə olunub. Təcrübəli futbolçu VI turda “Kəpəz”lə baş tutan matçda Misli Premyer Liqasında 300-cü oyununu keçirib.

Daha sonra komanda isinmə hərəkətlərinə başlayıb, ardınca isə taktiki çalışmalar yerinə yetirib. Zədəli olan Ramin Nəsirli və reabilitasiya prosesi keçən Karlos Jatoba məşqdə iştirak etməyib. 

Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının X turunda “Şamaxı” ilə qarşılaşacaq. Oyun oktyabrın 19-da, saat 15:30-da Şamaxı şəhər stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right