Elxan Məmmədov İsveçrədə

AFFA-nın baş katibi Elxan Məmmədov İsveçrəyə yollanıb.

Newsport.az AFFA-nın rsmi saytına stinadən xəbər verir ki, Məmmədovun səfərinin məqsədi UEFA-nın mənzil qərargahında keçiriləcək iclasda iştirak etməkdi.
 
Belə ki, bu gün Nyon şəhərində qitə futbol qurumunun FAIR PLAY və Sosial Məsuliyyət Komitəsinin iclası baş tutacaq. AFFA-nın baş katibi isə eyni zamanda adıçəkilən komitənin sədrinin 2-ci müavini olduğundan, iclasda iştirak edəcək.
 
AFFA-nın Hüquq və Kadr Məsələləri Şöbəsinin müdiri Rəmiş Malıyev isə noyabrın 9-da Nyona yollanacaq. Malıyev həmin gün orda UEFA-nın Hüquq Komitəsinin iclasında iştirak edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right