Azərbaycan milli komandasının sabiq üzvü Araz Abdullayev özünə yeni komanda tapıb.
Newsport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bu sezon Birinci Liqada oynayacaq.
Belə ki, o, “Qaradağ Lökbatan”la anlaşıb. “Neftçi”nin sabiq futbolçusu yeni klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Artıq Abdullayev Birinci Liqa klubunun məşqlərinə qoşulub.
32 yaşlı futbolçu karyerası ərzində “Neftçi”, “Everton”, “Panionios”, “Qəbələ”, “Anortosis”, “Qarabağ”, “Boluspor”, “Etnikos”, “Sumqayıt”, “Llapi”, “Zirə” komandalarında oynayıb.