Braziliya prezidenti Lula da Silva yerli çempionatdan olan futbolçuların milli komandada çıxış etməsinin tərəfdarıdır.
Newsport.az-ın məlumatına görə, “beinsports.com”a danışan ölkə başçısı bunları deyib:
"Legioner həyatı yaşayanlar yerli çempionatda oynayanlardan üstün deyil. Braziliyada da xaricdəkilərlə eyni səviyyədə yaxşı oyunçular var. Onlara oynamaq imkanı vermək lazımdır”.
Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Çili üzərində 2:1 hesabı ilə qalib gəlib. Qolları “Botafoqo”nun hücumçuları İqor da Kruz və Luis Enrike vurub.