Türkiyə klubunun üzvü: "Azərbaycan millisinə dəvət olunmamağım normaldır"

"Boluspor"un futbolçusu Vüsal İsgəndərli Sportal.az saytına açıqlama verib.

Newsport.az-ın məlumatına görəTürkiyə klubunun yarımmüdafiəçisi Azərbaycan milli komandasına dəvət olunmasına münasibət bildirib. İsgəndərli bu dəfə yığma komandadan uzaq düşməsini bu cür şərh edib:

"Azərbaycan millisinə bu dəfə dəvət olunmamağım normaldır. Çünki "Boluspor"da az oynayıram. Fernandu Santuş da daha çox meydanda olan oyunçuları yığmaya çağırıb. Millidə olmağım üçün öncə "Boluspor"un heyətində oynamalıyam. Məhz bundan sonra milliyə dəvət haqda düşünə bilərəm. Ümidvaram ki, qarşıdakı toplanışa qədər vəziyyət başqa cür olacaq. Klubumda daha çox oynayacam və milliyə dəvət ediləcəm. Millidə olmasam belə, komandamızın qələbələr qazanmasını arzulayıram".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right