Toral Bayramov: "Çox ucuz qollar buraxdıq"

Azərbaycan millisinin futbolçusu Toral Bayramov Estoniyaya 1:3-lük məğlubiyyətdən sonra Newsport.az-ın "Misli"nin dəstəyi ilə Tallinə ezam olunmuş əməkdaşına açıqlama verib.

Byramov bunları deyib: "Oyunla bağlı danışılası bir şey yoxdu. Əslində oyuna pis başlamamışdıq. Sadəcə, iki çox ucuz qol buraxdıq. O da gətirib bu yerə çıxartdı. Çalışacayıq etdiyimiz səhvlərdən nəticə çıxardıb növbəti oyunlara hazırlaşaq, qələbə qazanaq. Məğlubiyyətin konkret səbəbini deməkdə çətinlik çəkirəm. Nə bilim, qismət, bəxt. Biz istifadə edə bilmədik, onlar istifadə etdi. Növbəti rəqib Slovakiyanı tanıyırıq, həmin oyunda çalışacayıq ki, ən azından doğma azarkeşlərimiz önündə yaxşı nəticə qazanıb xalqımızı sevindirək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right