Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Estoniyaya 1:3-lük məğlubiyyətdən sonra Newsport.az-ın "Misli"nin dəstəyi ilə Tallinə ezam olunmuş əməkdaşına açıqlama verib.
Təcrübəli futbolçu bunları deyib: "İlk hissədə qol şanslarımız olsa da, qol vura bilmədik və bu, bizə problem yaratdı. Əvəzində çox sadə qollar buraxdıq. Hesabı bərbərləşdirəndən dərhal sonra qol buraxmaq da əlavə çətinlik yaratdı. Yaxşı nəticə əldə edə bilərdik, amma alınmadı. Əsas problemimiz qol imkanlarından istifadə edə bilməməyimizdi. Bundan əvvəlki oyunlarda da eyni problemi yaşamışdıq. Slovakiya ilə oyunda başqa yolumuz yoxdu, çıxıb qələbə üçün oynamalıyıq".