"Qarabağ" Serbiyadan gətirdiyi legioneri komandada saxlamağı planlaşdırır

"Qarabağ" daha bir legionerini komandada saxlamağı planlaşdırır. 

Newsport.az saytına verilən məlumata görə, Ağdam klubu Patrik Andradenin müqavilə müddətini artırmaq istəyir.

Kabo-verdeliyə yeni 1 illik müqavilə təklif olunacaq. Afrikalı yarımmüdafiəçinin “Qarabağ”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

31 yaşlı futbolçu “Sportinq”(Praya), “Desportivo Praya”, “Ribeyrao”, “Moreyrense”, “Famaliakao”, “Salqeyros”, “Çerno More”də oynadıqdan sonra 2022-ci ildə “Qarabağ”a keçmişdi.

2022-2023-cü illəri isə “Partizan”da(Serbiya) keçirmiş Andrade sonra yenidən Azərbaycan çempionu ilə anlaşmışdı.

Əlavə edək ki, "Qarabağ"ın Andradedən savayı Mateus Silvanın da müqavilə müddətini artıracağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right