Minifutbol üzrə U-23 Azərbaycan millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatında üçüncü yer uğrunda matça çıxıb.
Newsport.az-ın məlumatına görə, Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv Serbiya ilə üz-üzə gəlib.
Qarşılaşma serblərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz qrupda Hindistanı (16:0) məğlub edib, Çexiya (0:2) və Serbiyaya (1:5) uduzmuşdu.