"Neftçi" kolumbiyalı hücumçu ilə yollarını ayırdı Rəsmi

“Neftçi”də növbəti ayrılıq gerçəkləşib.

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi Brayan Moreno ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kolumbiyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, bu ilin yanvarında transfer olunmuş Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub. Zədəli olduğu üçün onun adı bu mövsümkü iştirak ərizəsinə salınmamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right