Roman Qriqorçukun "Neftçi"nin baş məşqçisi postundan gedişindən sonra müvəqqəti olaraq kimin sükan arxasına keçəcəyi məlum olub.
Newsport.az saytına verilən məlumata görə, “ağ-qaralar”ı növbəti oyuna ukraynalı mütəxəssisin köməkçisi olmuş Sənan Qurbanov hazırlayacaq.
O, yeni baş məşqçi təyin olunana qədər müvəqqəti məşqçi vəzifəsini icra edəcək.
Qeyd edək ki, Misli Premyer Liqasının 10-cu turunda “Neftçi” “Səbail”i qonaq edəcək.
Görüş oktyabrın 19-da “Neftçi Arena”da keçiriləcək və görüşə 18:00-da start veriləcək.
Əlavə edək ki, Qurbanov 2023-cü il avqustun 14-də "Neftçi"yə Adrian Mutunun köməkçi məşqçisi təyin edilmişdi.