Millimiz Hindistana 16 qolla qalib gəldi

Minifutbol üzrə Azərbaycanın U-23 milli komandası dünya çempionatında ikinci oyununu keçirib.

Newsport.az xəbər verir ki, Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan turnircə Hindistan yığmasını ilə qarşılaşıb. Matç millimizin 16:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan seçməsi mundialın ilk turunda Serbiyaya 1:5 hesabı ilə uduzub. Yığmamız sabah üçüncü turun oyununda Çexiyadan olan həmyaşıdları ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right