Musayev yenidən "Qəbələ"də

“Qəbələ” sabiq futbolçusunu yenidən heyətinə qatıb. Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Murad Musayevlə yeni müqavilə bağlayıb. 30 yaşlı müdafiəçi ilə 2 illik anlaşma imzalanıb.

Qeyd edək ki, əvvəllər də “Qəbələ”nin formasını geyinmiş Murad Musayev karyerası ərzində “Zirə” və “Səbail”də oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right