Millimizdən ardıcıl ikinci qələbə

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, millimiz İspaniyanın Kadiz şəhərində Gürcüstan yığması ilə qarşılaşıb. Görüş komandamızın 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolları Elşad Manafov (2), Sabiq Allahquliyev, Ramil Əliyev, Amid Nəzərov, Kamran Qürbətov və Bayram Bayramlı vurublar.

Qeyd edək ki, A qrupunda yer alan komandamız ilk oyununda İngiltərə yığması üzərində 4:0 hesablı qələbə qazanıb. Millimiz oktyabrın 7-də İspaniya (20:00) seçməsi ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right