Azərbaycanlı hakim “Panatinaikos”un oyununa təyinat aldı

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb. Newsport.az xəbər verir ki, o, Konfrans Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək “Boraç” (Bosniya və Herseqovina) – “Panatinaikos” (Yunanıstan) oyununun baş hakimi olacaq.

Məsiyevə görüşdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İnqilab Məmmədov və fransalı Beniot Millot olacaq.

Qeyd edək ki, oktyabrın 3-də Banya-Luka şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right