Azərbaycan Kubokunun püşkü atıldı

Azərbaycan Kubokunda 2024-25 mövsümünün püşkü atılıb. Newsport.az xəbər verir ki, tədbir “Alov Qüllələri” kompleksinin “Fairmont” hotelində baş tutub.
 
Azərbaycan Kubokunda 34 komanda mübarizə aparacaq. Oktyabrın 12-13-də keçiriləcək I təsnifat mərhələsində II Liqanın 14 klubu mübarizə aparacaq.
 
Misli Premyer Liqasının 5, I Liqanın 10 klubu yarışa II təsnifat mərhələsindən başlayacaq. Ötən mövsümün 5 ən yaxşısı isə 1/8 finalı gözləyəcək.
 
Qeyd edək ki, kubokun sahibi 2025-ci il iyunun 1-də bəlli olacaq.
 
l təsnifat mərhələsi (12-13 oktyabr 2024-cü il)
 
1. “Lerik” – “Ağdaş”
 
2. “Şəfa” – “Saatlı-Araz”
 
3. “Göygöl” – “Hypers”
 
4. “Şimal” – “Qusar”
 
5. “Sahdağ Qusar” – “Kür-Araz”
 
6. “Sheki Siti” - “Şəmkir”
 
7. “Dinamo” – “Füzuli”
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right