"Neftçi"nin futbolçusu zədələndi "Sumqayıt"a qarşı oynamayacaq

“Neftçi”nin Misli Premyer Liqasının 8-ci turunun “Sumqayıt”la oyununda Emin Mahmudovun xidmətindən istifadə edə bilməyəcək.

Newsport.az xəbər verir ki, “ağ-qaralar”ın aparıcı üzvü məşqlərin birində dizindən zədələnib.

Belədə, onun oyunu buraxacağı dəqiqləşib.

Mahmudovun hansı müddətdə sıradan çıxdığı isə hələ məlum deyil.Bundan başqa, Emil Səfərov da meydana çıxmayacaq.“Neftçi” – “Sumqayıt” oyunu bu gün “Neftçi Arena” stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right