Bu gün Misli Premyer Liqasında 8-ci tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 1 matç keçirilib. "Araz-Naxçıvan" "Səbail"i qəbul edib. Görüş Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, "Araz-Naxçıvan" ən azı sentyabrın 29-na qədər çempionatın lideri olur.
Turun digər oyunları 28 və 29 sentyabr tarixlərində keçiriləcək.
27 sentyabr
19:00. “Araz-Naxçıvan” – “Səbail” - 3:2
Qol: Qorka Laruçça, 46 (0:1), Bəxtiyar Həsənlizadə, 52 (1:1), Felipe Santos, 58 - pen. (2:1), Bernardo Dias, 84, (3:1), Qorka Laruçça, 89 (3:2)
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Teymur Teymurov, Fərid Hacıyev
"Kapital Bank Arena".