AFFA İntizam Komitəsi I Liqanın III turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verib. Newsport.az xəbər verir ki, MOİK-in məşqçisi Musa Rəhimov sanksiya ilə üzləşib.
Buna səbəb onun “Difai” ilə qarşılaşmanın 72-ci dəqiqəsində hakimləri təhqir etməsi olub. Həmin davranışına görə qırmızı vərəqə alan mütəxəssis 5 oyunluq cəzalandırılıb, MOİK 400 manat cərimələnib.
Qeyd edək ki, görüşdə 2:2 hesabı qeydə alınıb.