“Qarabağ”, “Roma” və “Olimpiakos” zirvədə

“Qarabağ” Avropa Liqasının I turunda ən çox ofsayda düşən üç komandadan biri olub.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu “Tottenhem”lə İngiltərədə keçirdiyi görüşdə 6 dəfə oyundankənar vəziyyətdə yaxalanıb.

Ağdam təmsilçisi bu göstəriciyə görə, “Roma” və “Olimpiakos”la birinci sıranı bölüşdürür.

Londondakı matçda “Qarabağ” 9 dəfə korner yerinə yetirib ki, bu baxımdan da 4-cü sırada qərarlaşır. “Qalatasaray” və “Porto”da da eyni göstərici var. Yalnız “Mançester Yunayted”, “Midtuyllan” və “Atletik” çempionumuzdan cəmi 1 korner çox yerinə yetiriblə.

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right