"Qarabağ"ın əlinə bir neçə fürsət keçmişdi" Ben Devis

“Oyun bizim üçün asan başlamadı, amma bəzən çətin anların öhdəsindən gəlməli olursan. Məncə, bunu çox yaxşı bacardıq".

Newsport.az xəbər verir ki, bu sözləri “Tottenhem”in futbolçusu Ben Devis Avropa Liqasının Liqa mərhələsinin ilk turunda "Qarabağ"la keçirdikləri oyundan sonra deyib.

UEFA-nın mətbuat xidmətinə danışan uelsli müdafiəçi Londonda Ağdam klubuna 3:0 hesabı ilə qalib gəldikləri matçı dəyərləndirib: "10 nəfərlə oynayırıqsa, buna hamı adaptasiya olmalıdır. Əslində rəqibin əlinə bir neçə fürsət keçmişdi. Buna görə də müdafiə güclü olmalıdır. Çətin olacağını bilirdik, amma bu bir yarışdır. Bəzən bu nəticəni əldə etmək üçün həddindən artıq çalışmalısan. Qarşılaşmada bəzi şeylər bizim xeyrimizə olmadı. Amma düşünürəm ki, biz qələbəyə layiq idik”.

Xatırladaq ki, "Tottenhem"in futbolçusu Radu Draquiş matçın 8-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlqıda qoyub. Buna baxmayaraq, London təmsilçisi 3 cavabsız qolla qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right